"Eurovision 2012"nin aksessuarları hazırlanır

Eurovision mahnı müsabiqəsinə ev sahibliyi edən hər bir ölkədə olduğu kimi, bu il Azərbaycanda da müsabiqə ilə bağlı xüsusi aksessuarlar satışa çıxarılacaq.
Trend-in "Eurovison-2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker bildirmişdir ki, "Light your fire" şüarı altında keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqə ilə bağlı müxtəlif aksessuarların hazırlanması prosesinə başlanmışdır: "Müxtəlif keyfiyyətdə və fərqli qiymətlərə olan məhsullar üzərində iş gedir. Satışa çıxarılacaq aksessuarlar hər bir şəxsin büdcəsinə uyğun olacaq. Bu aksessuarlar tezliklə satışa çıxarılacaq".
Müsabiqə yaxınlaşdıqca Bakının müxtəlif yerlərində aksessuarların satış nöqtələri fəaliyyətə başlayacaq. Bununla yanaşı, "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"un daxilində də aksessuarların satışı təşkil olunacaq.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanmışdır.
May ayının 22-si və 24-də "Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.
57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında