Vətəndaş müraciətlərinin yerində araşdırılması davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş müraciətlərinin yerində araşdırılması davam etdirilir.
Yanvarın 31-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müraciət edən bir qrup vətəndaş ilə görüşmüşdür. Görüşdə vətəndaşların müraciətləri yerində və onların şəxsən iştirakı ilə araşdırılmışdır. Araşdırmalar nəticəsində əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da müəyyən edilmişdir.
N.Məmmədov vətəndaşların haqlı narazılığına səbəb olan halların ciddi şəkildə araşdırılması, vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə tapşırıqlar vermişdir.
Görüşdə 5 nəfərə mənzil sənədi, 1 nəfərə isə avtomobil təqdim olunmuşdur.
Vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatlı ailələrin bir qisminin fəal sosial müdafiə tədbirlərinə cəlb edilmək üçün potensial imkanlara malik olmaları müəyyənləşdirilmişdir. Belə ailələrin əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına kömək göstərilməsi, eləcə də onların gələcəkdə birdəfəlik ünvanlı yardım - Özünədəstək proqramına cəlb edilmələri qərara alınmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında