"Sarp" sərhəd-gömrük keçid məntəqəsinə baxış keçirilmişdir

"Sarp" sərhəd-gömrük keçid məntəqəsinə baxış keçirilmişdir. Türkiyə ilə Gürcüstan arasında yeganə sərhəd-gömrük keçid məntəqəsi olan "Sarp" 1988-ci ildən fəaliyyət göstərir. Məlumat verilmişdir ki, Qara dəniz sahilində yerləşən bu məntəqə mühüm əhəmiyyətə malik olmaqla bərabər, həm də iqtisadi-mədəni əlaqələrin inkişafında özünəməxsus rol oynayır. Burada keçidləri göstərən nişanlar avtomatik sistemlə işləyir. Bu da hərəkətin daha rahat tənzimlənməsinə şərait yaradır.
Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti Batumidəki Ədliyyə Evinin və Gürcüstan Daxili İşlər Nazirliyinin Batumi Xidmət Agentliyinin fəaliyyəti ilə də tanış olmuşdur.
Nümayəndə heyəti Batuminin investisiya və biznes mərkəzlərində olmuş, bölgənin turizm potensialı ilə maraqlanmışdır.
Səfərin ikinci günü nümayəndə heyəti Batumi İnvestisiya Agentliyində, Batumi Biznes Mərkəzində və Kobuleti Azad Turizm Zonasında olmuşdur.
Məlumat verilmişdir ki, xarici sərmayələr üçün geniş imkanlar açan və onların reklamını həyata keçirən Batumi İnvestisiya Agentliyi xarici sərmayədarların fəaliyyətini əlaqələndirir. Agentlik 2011-ci ildə yaradılmışdır. Məqsəd xarici sərmayədarlara Batuminin potensial imkanlarını tanıtmaq, onların dövlət rəsmiləri və istehsalçılarla görüşlərini təşkil etmək, məlumat və informasiya dəstəyi göstərmək, mövcud qanunlar, vergi və tariflərlə bağlı sərmayədarları vaxtında məlumatlandırmaqdır.
Kobuleti Azad Turizm Zonası Gürcüstanın önəmli turizm mərkəzlərindən biridir. Acarıstan Muxtar Respublikasının eyniadlı rayonunun mərkəzi olan Kobuleti şəhəri Qara dənizin sahilində yerləşir. Regionun iqtisadiyyatında turizm mühüm yer tutur. İllik temperatur göstəricisi müsbət 14, yanvar ayında ən aşağı temperatur göstəricisi isə müsbət 6 dərəcədir. Mülayim iqlimə malik olan bölgədə sahil və çimərlik turizmi, ekoturizm geniş yayılmışdır.
Azad turizm zonası statusuna malik olması isə buraya dünyanın böyük turizm şirkətləri tərəfindən sərmayə qoyuluşunu artırmış, yeni hotel və istirahət zonalarının yaradılmasına əlverişli şərait yaratmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında