Cəmil ÇİÇƏK: Dağlıq Qarabağ bölgəsində işğala son qoymaq üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlamentlər Birliyinin İndoneziyanın Palembanq şəhərində keçirilən VII konfransında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bildirmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğala ən qısa müddətdə son qoymaq, azərbaycanlı qaçqınların evlərinə dönməsini təmin etmək üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır.
C.Çiçək konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, 1992-ci ildən Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır və 1 milyon azərbaycanlı qardaşımız Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla və zülmlə köç etməyə məcbur edilmişdir. Türkiyə dost İslam ölkələrindən bu problemin və müsəlman ölkələrinin üzləşdikləri digər münaqişələrin həll edilməsi üçün daha çox dəstək gözləyir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında