Azərbaycan səfiri etimadnaməsini Sloveniya Prezidentinə təqdim etmişdir

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov yanvarın 31-də Lyublyanada Prezident Administrasiyasında keçirilmiş rəsmi mərasimdə etimadnaməsini Sloveniyanın Prezidenti Danilo Türkə təqdim etmişdir.
Təqdimetmə mərasimindən sonra səfir Q.İsrafilovun Prezident D.Türklə söhbəti olmuşdur. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafı məmnunluqla qeyd edilmiş, siyasi-iqtisadi və humanitar-mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Sloveniyaya səfəri çərçivəsində səfir Q.İsrafilov Xarici İşlər Nazirliyində və Nova Qoritsa şəhərinin meriyasında bir sıra görüşlər keçirmişdir.
Xatırladaq ki, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 16 avqust tarixli Sərəncamı ilə eyni zamanda ölkəmizin Sloveniya və Slovakiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında