Koray TARQAY: "Tolerantlığın dövlət siyasəti olduğu ölkədə işləmək çox xoşdur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşmüşdür. DQİDK-nın mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, H.Orucov DQİDK ilə ATƏT-in müvafiq qurumları arasında işgüzar münasibətlər ənənəsinin mövcud olduğunu və bunun davam etdiriləcəyini vurğulamışdır.
Komitə sədri qeyd etmişdir ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və qayğı dövlətin din siyasətinin təməlini təşkil edir. Ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılmış, dindarların ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılmışdır. H.Orucov bildirmişdir ki, Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini də təqdim edir. O, vurğulamışdır ki, Beynəlxalq aləmdə təsdiqlənmiş bu tarixi və humanist ənənənin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin xüsusilə böyük xidmətləri olmuşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
Dövlət komitəsinin sədri bəzi beynəlxalq təşkilatların və dövlətlərin hesabatlarında ölkəmiz barədə qeyri-obyektiv qeydlərə rast gəlindiyini təəssüflə bildirmişdir. Bunun səbəbini məlumatların dəqiqləşdirilmədən, ətraflı öyrənilmədən sənədə daxil edilməsində görən H.Orucov vurğulamışdır ki, dövlətimiz Azərbaycan gerçəkliklərinin dünyaya olduğu kimi çatdırılmasını istəyir və din sahəsi ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman hazırdır. Komitə sədri diqqətə çatdırmışdır ki, dinin siyasiləşdirilməsi bəzi ölkələrdə ağrılı meyl xarakteri almışdır. Azərbaycan dövləti isə təriqətlərüstü və humanist din siyasəti aparır.
K.Tarqay bildirmişdir ki, bu vəzifədə çalışdığı gündən Azərbaycanda gördüyü milli-dini dözümlülük mühiti onu çox sevindirir. Tolerantlığın dövlət siyasəti olduğu ölkədə işləmək çox xoşdur. K.Tarqay qeyd etmişdir ki, ATƏT-in Bakı ofisi ölkənin din sahəsi ilə bağlı məlumatların obyektiv öyrənildikdən sonra hesabatlara daxil edilməsinin tərəfdarıdır. O, diqqətə çatdırmışdır ki, görüşün məqsədi də mövzu ilə informasiyaları mətbuatdan və ya ayrı-ayrı şəxslərdən, qurumlardan deyil, birbaşa mənbəyindən almaqdır. K.Tarqay fəaliyyəti dövründə bu prinsipi əsas tutacağını və ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycan gerçəkliyinin olduğu kimi təqdim ediləcəyindən əminlik ifadə etmişdir.
ATƏT-in Bakı ofisinin rəhbəri qeyd etmişdir ki, ölkəmizin bütün sahələrdə uğurla inkişaf etməsi müəyyən dairələrin maraqlarına uyğun deyil və nə yolla olursa-olsun ölkədə narahatlıq yaratmağa cəhd edə bilərlər. ATƏT-in Bakı ofisinin rəhbəri belə məqamlarda cəmiyyətdə vəhdətin vacib şərt olduğunu bildirmiş və burada müxtəlif dinlərin, millətlərin nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığını müşahidə etdiyini demişdir.
Görüşdə DQİDK ilə ATƏT-in Bakı ofisi arasında əlaqələri genişləndirməyin yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında