Bakıda "Belarus bu gün" fotosərgisi açılmışdır

Bakı sakinləri və paytaxtımızın qonaqları Azərbaycanın dostu Belarus haqqında daha çox məlumat əldə etmək imkanı qazanmışlar.
Mayın 26-da Muzey Mərkəzinin sərgi qalereyasında "Belarus bu gün" fotosərgisi açılmışdır.
İyunun 2-dək davam edəcək sərgi Belarus Dövlət Teleqraf Agentliyi - BELTA, Belarusun ölkəmizdəki səfirliyi və "Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.
Ekspozisiyada BELTA xəbər agentliyi fotomüxbirlərinin Belarusun təbiəti, siyasət, mədəniyyət, elm, sənaye və s. sahələrinə aid 80-ə yaxın işi nümayiş olunur. Bu fotoların əsas qəhrəmanları Belarus Respublikasının vətəndaşlarıdır. Məhz bu insanların ağlı, istedadı sayəsində ölkə inkişaf edir.
Sərginin rəsmi açılış mərasimində "Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyətinin üzvü Mehriban Alışanova bildirmişdir ki, Azərbaycan ilə Belarus artıq 17 ildir müstəqil ölkələr kimi hərtərəfli əməkdaşlıq edirlər. Bakıda bu sərginin açılması isə Azərbaycan vətəndaşlarına dost ölkənin mədəniyyəti, adət-ənənələri haqqında daha ətraflı məlumat almağa imkan yaradır. Buradakı fotolar Belarusun yeni obrazını təqdim edir.
Belarusun ölkəmizdəki səfiri Nikolay Pastkeviç sərginin iki mühüm hadisə - Azərbaycan-Belarus hökumətlərarası komissiyanın iclası və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri ərəfəsində təşkil olunduğunu vurğulamışdır. Bildirmişdir ki, sərgi ilə tanışlıq əlaqələrimiz üçün geniş imkanlar yaradacaq, yeni birgə layihələrin həyata keçirilməsinə təkan verəcəkdir.
Diplomat demişdir: "Gözəl atalar sözü vardır - yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Biz dostlarımızı Belarusa dəvət etməklə yanaşı, özümüz də dost ölkələrə böyük məmnunluqla gedirik. Strateji tərəfdaşlıq prinsipləri əsasında münasibət qurduğumuz ölkələrdən biri də Azərbaycandır. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri isə münasibətlərimizin daha da inkişaf etməsinə güclü təkan verir".
Səfir qeyd etmişdir ki, bu yaxınlarda Bakı Slavyan Universitetində belarusşünaslıq kabinetinin açılması nəzərdə tutulmuşdur.
Belarusun BELTA agentliyinin baş direktoru Dmitri Juk sərginin keçirilməsi ideyasının məhz Bakıda yarandığını vurğulayaraq demişdir: "Bu ideya cari ilin martında bizim dostumuz Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubileyində iştirak etmək üçün Bakıda səfərdə olanda yaranmışdır. Bu dostluq, bu əlaqələr olmasaydı, əlbəttə ki, bugünkü sərgi də reallaşmazdı. Həmin səfər çərçivəsində biz səfir Nikolay Pastkeviçlə də bu sərginin təşkili ilə bağlı danışdıq. Sərgidə Belarusun və onun vətəndaşlarının real həyatı əks olunmuşdur. Burada həm sevinc, həm kədər, həm də həyəcan vardır".
"Azərbaycan-Belarus" Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Arif Mehdiyev də ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq, sərgini Belarusun Azərbaycanda bir hissəsi kimi təqdim etmişdir. Vurğulamışdır ki, əsas məqsəd Belarusu Azərbaycan üçün daha yaxın etməkdir.
Sərginin açılış mərasimində Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında