Əcnəbilərin sayı 20,9 faiz artıb

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, 2011-ci il ərzində fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb. Belə ki, hesabat dövründə əlavə olaraq 2110 nəfər əcnəbi vətəndaş qeydiyyata alınmışdır və nəticədə 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 12 221 nəfərə çatmışdır. 
Qeyd etmək lazımdır ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər, ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edir. Bu əcnəbilərin arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların sayı 5911 nəfərdir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1327 nəfərə yüksəlmişdir. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 555 nəfər təşkil edir.
Sonrakı yerlərdə 334 nəfərlə İran İslam Respublikası, 250 nəfərlə Hindistan və 145 nəfərlə Çin Xalq Respublikası gəlir. Bosniya və Hersoqovinadan 127, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 119, Filippindən 88, Pakistan İslam Respublikasından isə 84 vətəndaş fərdi uçot qeydiyyatına alınmışdır. Qeydiyyata götürülən əcnəbilərin sayına görə sonrakı yerləri Ukrayna (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (69), Qazaxıstan (62), ABŞ (55), İtaliya (54), Türkmənistan (53) və s. ölkələr tuturlar.
Xatırlatmaq yerinə düşər ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılmışdır. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması işi davam etdirilməkdədir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında