Azərbaycan-NATO əlaqələri yüksək səviyyədədir

Yanvarın 30-da Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası işə başlamışdır. 
"Ərəb baharı"ndan sonra Orta Şərq" mövzusunda keçirilən sessiyada yerli, həmçinin 20-dən çox NATO-nun üzvü olan və tərəfdaş ölkələrdən 50-dək dinləyici və mühazirəçi iştirak etmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin və NATO-nun dəstəyi ilə fevralın 4-dək davam edəcək sessiya çərçivəsində Yaxın Şərq regionunda cərəyan edən proseslər, onların yaranma səbəbləri və mahiyyəti, mövcud siyasi vəziyyət, sosial şəbəkələr və medianın rolu, beynəlxalq birliyin müdaxiləsi və digər məsələlər müzakirə olunacaqdır.
Azərbaycan-NATO əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan Rumıniyanın Azərbaycandakı səfiri və eyni zamanda NATO-nun ölkəmizdəki əlaqələndiricisi Daniel Kristian Çiobanu qeyd etmişdir ki, 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində sənədin imzalanması ilə NATO-Azərbaycan əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bununla da ikitərəfli münasibətlərin inkişafı üçün real imkanlar yaradılmışdır.
Diplomat bildirilmişdir ki, NATO Azərbaycanın, o cümlədən Əfqanıstandakı sülhyaratma səylərini yüksək qiymətləndirir. Rumıniya Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə bundan sonra da öz töhfəsini verəcəkdir.
Digər çıxış edənlər də NATO ilə əməkdaşlığın əhəmiyyətindən danışmışlar. NATO-nun Azərbaycan ilə əməkdaşlığını daha da genişləndirmək üçün yeni imkanların yaradılmasının vacibliyi vurğulanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında