Ötən il ümumilikdə Milli Məclisin 30 iclası keçirilmiş və bu iclaslarda 290 qanun və qərar qəbul edilmişdir

Yanvarın 30-da Milli Məclisin 2011-ci il payız sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. 
Milli Məclis sədrinin müavini Bahar Muradova və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev 2011-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, ötən il bütövlükdə dünyada gedən mürəkkəb proseslər fonunda, iqtisadiyyatdakı qlobal böhran əlamətlərinin davam etdiyi bir vaxtda Azərbaycanın ictimai-siyasi həyatındakı əlamətdar hadisələrlə yadda qalmışdır. Mübarizələrlə dolu şanlı tarixə malik xalqımız bu dövrdə öz dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü geniş qeyd etmiş, xarici siyasətdə mühüm uğura imza atmışdır. Müstəqil Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan diplomatiyasının qələbəsi, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin dünya birliyi tərəfindən etirafıdır.
B.Muradova demişdir ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə demokratik tərəqqi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması prosesi dönməz xarakter almış, dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir. Bu uğurların əldə edilməsinə Milli Məclis də öz layiqli töhfəsini vermiş, ölkə Prezidenti tərəfindən aparılan islahatların qanunvericilik bazasının təkmilləşməsində əhəmiyyətli rol oynamışdır.
Payız sessiyası dövründə hakimiyyətin mühüm qollarından biri kimi parlamentdə həyatın müxtəlif sahələrini əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul olunmuş, ölkənin milli maraqlarına bu və ya digər dərəcədə təsir göstərə biləcək proseslərə münasibət bildirilmişdir.
Milli Məclisin 2011-ci il payız sessiyası (30 sentyabr-30 dekabr) dövründə parlamentin 12 iclası keçirilmiş, 107 qanun və qərar qəbul olunmuşdur. Onlardan 1-i Konstitusiya qanunu, 1-i Konstitusiya qanununa dəyişikliklər, 14-ü qanun, 60-ı qanunlara dəyişiklik və əlavələr, 7-si qərar, 24-ü beynəlxalq müqavilələri və konvensiyaları təsdiq edən sənədlərdir.
Payız sessiyası dövründə Milli Məclis komitələrinin 56 iclası keçirilmişdir. Komitə iclaslarında 166 məsələ, o cümlədən 147 qanun layihəsi müzakirə olunmuşdur.
Ümumiyyətlə, 2011-ci ildə Milli Məclisin 30 iclası keçirilmiş və bu iclaslarda 290 qanun və qərar qəbul edilmişdir.
Ötən dövrdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı, hüquq, ordu quruculuğu və müdafiə, yerli özünüidarə institutları, ölkənin inzibati ərazi bölgüsünün təkmilləşdirilməsi, iqtisadi, aqrar və sosial sahələrin inkişafına xidmət edən çox mühüm qanunvericilik aktları hazırlanmış və qəbul olunmuşdur. Payız sessiyasında bir sıra sazişlər, konvensiyalar, müqavilələr parlamentdə müzakirə olunaraq təsdiqlənmişdir.
B.Muradova onu da bildirmişdir ki, ötən sessiyada Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə planetin müxtəlif bölgələrində yaşayan soydaşlarımızı təbrik etmiş, onları milli maraqlar naminə birliyə səsləmişdir. Bu dövrdə Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri Fransa Parlamentinin aşağı palatasında və Senatda uydurma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəsi olmuşdur. Azərbaycan parlamenti qardaş Türkiyəyə dəstək verərək bu məsələ ilə əlaqədar Fransa Senatına müraciət ünvanlamışdır. Təəssüflər olsun ki, Fransa kimi böyük demokratik təcrübəsi olan bir ölkə parlamentində tarixi ədalətsizliyə yol verilərək qrup mənafeyi xalq və dövlət maraqlarından üstün tutulmuşdur.
Azərbaycan dövləti, parlamenti və xalqı həmişə olduğu kimi, yenə də qardaş Türkiyənin yanındadır və Milli Məclis pozucu, ekstremist qüvvələrin bu qardaşlığa zərbə vurmasına imkan verməyəcəkdir.
Sonra 2012-ci ilin yaz sessiyasının qanunvericilik işləri planı barədə məlumat verilmişdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında