"Forbes" jurnalının reytinqində ilk iki yeri həmyerlilərimiz Qod Nisanov, Zarax İliyev və Araz Ağalarov tutur

"Forbes" jurnalı 30 nəfər "daşınmaz əmlak kralı"nın - kommersiya xarakterli daşınmaz əmlakı icarəyə verən şirkətlərin sahibləri olan rusiyalı biznesmenlərin reytinqini tərtib etmişdir. Rusiya KİV-ləri xəbər verirlər ki, bu siyahıda bankların, ictimai şirkətlərin və əcnəbilərin adları yoxdur.
Həmyerlilərimiz, tanınmış sahibkarlar Zarax İliyev və Qod Nisanova məxsus "Kiyevskaya ploşad" şirkəti icarədən 780 milyon dollar gəlir əldə edərək "Forbes" jurnalının reytinqinin lideri olmuşdur. Reytinqdə ikinci yeri Araz Ağalarova məxsus "Krokus" şirkəti tutur. Bu şirkətin icarə hesabına gəlirinin həcmi 700 milyon dollardır.
Reytinqdə kommersiya tipli daşınmaz əmlaka malik olan fiziki şəxslər və ya onların qrupları (yalnız MDB vətəndaşları) iştirak edir. Hər bir iştirakçının reytinqdə tutduğu yer 2011-ci ildə həmin iştirakçıya məxsus olan daşınmaz əmlak obyektlərinin gətirə biləcəyi gəlirin həcmi ilə müəyyən edilir. Bu halda başqa biznesdən əldə edilən gəlirlər nəzərə alınmır.

{nl}

Asya Hacızadə, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında