ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaqdır

Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti bu təşkilatın fevralın 22-də Vyanada başlayacaq qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldıracaqdır.
Bu sözləri jurnalistlərə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir.
B.Muradova bildirmişdir ki, Azərbaycan nümayəndə heyəti Türkiyədən olan millət vəkilləri ilə birlikdə Xocalı soyqırımı, eləcə də Fransa Senatının qəbul etdiyi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tədbirləri nəzərdə tutan qanun barədə məsələni də gündəliyə gətirəcəkdir. Əsas məqsəd avropalı deputatların diqqətini Fransanın ermənipərəst rəhbərliyinin heç bir ədalət prinsipinə və beynəlxalq hüquq normalarına uyğun gəlməyən mövqeyinə yönəltməkdir.
Bu məsələlər həm iclaslarda, həm də ikitərəfli görüşlərdə diqqət mərkəzində olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında