MSK-nın üzvləri "Seçkilər" İnformasiya Mərkəzində dəqiqləşdirilmiş seçici siyahıları ilə tanış olmuşlar

Mayın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri "Seçkilər" İnformasiya Mərkəzində parlament seçkisi öncəsi dəqiqləşdirilmiş seçici siyahıları ilə tanış olmuşlar.
Mərkəzin direktoru Ramil Hüseynov yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsinə başlandığını və artıq ilkin siyahının hazır olduğunu bildirmişdir. Siyahıların tərtibatında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən istifadə olunmuşdur.
Komissiyanın üzvləri, ekspertlər və mətbuat nümayəndələri "Seçkilər" İnformasiya Mərkəzində seçici siyahılarının tərtibatı, qruplaşdırılması və çap qaydaları ilə tanış olmuşlar.
MSK katibi Natiq Məmmədov jurnalistlərə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə bu ilin yanvarından məntəqə seçki komissiyaları başlamışlar. Onlar tərtib etdikləri siyahıları dairə seçki komissiyalarına (DSK) göndərmişlər. DSK-lar da müəyyən dəqiqləşmələr apardıqdan sonra həmin siyahıları MSK-ya təqdim etmişlər.
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesində seçki komissiyaları ilə yanaşı, Ədliyyə, Daxili İşlər nazirliklərinin, yerli icra hakimiyyəti strukturlarının və bələdiyyələrin nümayəndələri də fəal iştirak etmişlər.
İlkin nəticələrə görə, ölkə üzrə seçicilərin ümumi sayı 4 milyon 800 mindən çoxdur.
Seçici siyahıları MSK tərəfindən təsdiq edildikdən sonra yerlərə göndəriləcək və ictimaiyyətə təqdim olunacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında