Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Tatarıstanın müvafiq qurumu arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Tatarıstan Respublikasının Mülki Müdafiə İşləri və Fövqəladə Hallar Nazirliyi gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişdir. 
Bu barədə Tatarıstan Respublikasının Mülki Müdafiə İşləri və Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilmişdir.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstandakı Baş İdarəsində və Tatarıstan Respublikası Mülki Müdafiə İşləri və Fövqəladə Hallar Nazirliyində olmuşdur.
Azərbaycanlı qonaqların şərəfinə Rusiya FHN-in Tatarıstanda Baş İdarəsi və Tatarıstanın FHN-in ən qabaqcıl yanğınsöndürmə texnikasından ibarət sərgi təşkil olunmuşdur.
Kəmaləddin Heydərovu Tatarıstanın Baş naziri İldar Xalikov və Rusiya FHN-in Tatarıstan Respublikasında Baş İdarəsinin rəisi - Tatarıstan Respublikasının mülki müdafiə işləri və fövqəladə hallar naziri, daxili xidmət general-mayoru Rafis Xabibullin müşayiət etmişlər.
Texnikaya baxışdan sonra od ilə mübarizədə həyatlarını qurban vermiş yanğınsöndürənlərin xatirəsinə yaradılmış memorial kompleksi ziyarət olunmuş, önünə gül dəstəsi qoyulmuşdur.
Sonra keçirilən görüşdə Rafis Xabibullin bildirmişdir ki, Sovetlər İttifaqı zamanı ən güclü yanğından mühafizə Bakı və Tatarıstanda yerləşmişdir.
Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun strukturu barədə məlumat verən R.Xabibullin qeyd etmişdir ki, Tatarıstan Rusiyada yeganə regiondur ki, Rusiya Federasiyası hökumətinin sərəncamı ilə təsdiq olunmuş Rusiya Fövqəladə Hallar Nazirliyi və Tatarıstanın Mülki Müdafiə İşləri və Fövqəladə Hallar Nazirliyi arasında müqaviləsi vardır. Rusiyanın Tatarıstanda FHN-in Baş İdarəsinin rəisi, həmçinin Tatarıstanın mülki müdafiə işləri və fövqəladə hallar naziri hesab olunur.
Görüşdə Tatarıstanın Baş naziri İldar Xalikov da yanğınla mübarizə sahəsində görülən işlərdən danışmışdır.
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tatarıstanlı həmkarlarının bölgələrdə yaradılmış texniki təchizat ilə bağlı təcrübələri ilə maraqlanmışdır.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldıqdan sonra, əməkdaşlığa dair razılığa gəlinmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında