Mərkəzi Seçki Komissiyası seçicilər siyahısının dəqiqləşdirilməsini başa çatdırmışdır

Mayın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunmuşdur.
İclasdan öncə Mərkəzi Seçki Komissiyasının üzvləri MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilmiş variantı ilə tanış olmuşlar. Mərkəzin direktoru Ramil Hüseynov siyahıların dəqiqləşdirilməsinin dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirildiyini bildirərək prosesin texniki prosedurları barədə məlumat vermişdir. MSK-nın katibi Natiq Məmmədov isə seçicilərin daimi siyahılarının dəqiqləşdirilməsi üçün seçki komissiyaları tərəfindən genişmiqyaslı, davamlı işin aparıldığını diqqətə çatdırmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov bildirmişdir ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilmişdir. DSK-lar isə seçki dairələri üzrə dəqiqləşdirilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişlər. Seçici siyahılarının dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunmuşdur. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə dəqiqləşdirilmişdir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmışdır. Bu günə olan məlumata görə ölkə üzrə vahid seçicilər siyahısında 4 milyon 829 min 888 nəfər seçicinin adı vardır.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərarın layihəsi ilə tanış olmuşlar. Komissiya qərara almışdır ki, cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında