Səhər saatlarında Bakı şəhəri üzrə yolların təmizlənməsinə 170-ə yaxın texnika və 200 işçi qüvvəsi cəlb olunmuşdur

Səhər saatlarında Bakı şəhəri üzrə yolların təmizlənməsinə 170-ə yaxın texnika və 200 işçi qüvvəsi cəlb olunmuşdur. 
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hava şəraitinin kəskin dəyişməsi nəticəsində yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın və eləcə də paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün lazımi tədbirlər görülür. Belə ki, respublika üzrə 1800 ton duz, 25 min kubmetr qum ehtiyatı, Bakı şəhəri üzrə isə 1000 ton duz və 15 min kubmetrdən artıq qum ehtiyatı yığılmışdır. Həmçinin kifayət qədər lazımi texnika da hazır vəziyyətə gətirilmişdir.
Səhər saatlarında 170-ə yaxın texnika və 200 işçi qüvvəsi Bakı şəhəri üzrə yolların təmizlənməsinə cəlb olunmuşdur. Vəziyyətdən asılı olaraq yolların təmizlənməsinə əlavə ehtiyat qüvvələri də cəlb edilə bilər. Hazırda ölkədə yolların təmizlənməsi üçün istifadə olunan 700-ə yaxın texnika vardır. Bakıda isə bu texnikaların sayı 350-dir.
Eyni zamanda, növbətçilik cədvəli əsasında, bölgələr də daxil olmaqla, yolların vəziyyəti barədə məlumatlar mütəmadi olaraq mərkəzi aparata göndərilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında