AHİK qalibləri mükafatlandırıb

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) akt zalında orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında təşkil edilmiş X Respublika Spartakiadasının mükafatlandırma mərasimi keçirilib. 
Mərasimi giriş sözü ilə açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsi olaraq bu sahənin yüksək sürətlə inkişaf etdiyini bildirib. S.Mehbalıyev kütləvi tədbirlərdən olan spartakiadanın ənənəvi olaraq hər il keçirildiyini və bu yarışlarda tələbələrin yüksək fəallıq nümayiş etdirdiklərini qeyd edib.
Sonra çıxış edən "Gənclik" TİC-in sədri Tofiq Xanəliyev spartakiada barədə məlumat verərək, yarışların orta ixtisas təhsili müəssisələri arasında 6 idman növü üzrə bu ilin oktyabrından dekabr ayına qədər keçirildiyini və ümumilikdə yarışlarda 656 nəfərin iştirak etdiyini bildirib. Daha sonra spartakiadanın nəticələrinə görə birinci, ikinci və üçüncü yerləri tutan idmançılara kubok, diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, X Spartakiadada ümumi komanda hesabında Bakı 2 saylı Baza Tibb Məktəbi qalib olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, Bakı Biznes Kooperasiya Kolleci və Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası tutub.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında