Türkiyə Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasının tərəfdarıdır

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, parlamenti qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanunu qəbul etmiş Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri olmamalıdır.
Türkiyəli nazir "CNN Türk" televiziya kanalının proqramında demişdir ki, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədri və üzvü olan ölkələr tərəfindən ciddi müzakirə edilməlidir. Fransanın həmsədrliyi davam edərsə, Türkiyə də ATƏT-in Minsk qrupunun üzvlüyündən həmsədrliyə yüksəlməlidir.
Fransa Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə obyektiv yanaşmadığını vurğulayan Ə.Davudoğlu demişdir ki, Ankara bunun hesabını ATƏT-in Minsk qrupunun üzvü kimi, habelə torpaqlarının 20 faizi işğal altında olan qardaş Azərbaycanın haqlarının müdafiə olunması naminə tələb edəcəkdir. Türkiyə bu məsələnin tez bir zamanda ATƏT-in gündəliyinə salınmasına nail olacaqdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında