ABŞ-ın Nyu-Meksiko ştatında Azərbaycanın Respublika Günü qeyd ediləcəkdir

Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluğundan daxil olan məlumata görə, mayın 28-i Nyu-Meksiko ştatının Santa-Fe şəhərində "Azərbaycan Respublikasının İstiqlaliyyət Günü" elan ediləcəkdir. Bu haqda Santa-Fe şəhərinin meri Deyvid Kossun imzaladığı rəsmi qərarda bildirilir. Qərarda Azərbaycan cəmiyyətinə xas tolerantlıq və plüralizm ənənələri xüsusi diqqətə çəkilmişdir.
Nyu-Meksika ştatından daha bir təbrik Amerikanın tanınmış ictimai xadimi, qubernator Bill Riçardsonun adından daxil olmuşdur. Cənab Riçardson qeyd etmişdir ki, tarix boyu azərbaycanlılar incəsənət, ədəbiyyat, texnologiya və elm kimi sahələrə çoxsaylı töhfələr vermişlər. Müsəlman Şərqinin ilk demokratik respublikasının ildönümündə azərbaycanlılar öz xalqının bu irsindən, Azərbaycan mədəniyyətinin zənginliyindən qürur duymalıdırlar.
Xatırladaq ki, bu ayın əvvəli Nyu-Meksiko ştatının Santa-Fe şəhərində mayın 10-u "Heydər Əliyev günü" elan edilmişdi.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında