"Diqqət və qayğı bizdən daha səylə işləməyi tələb edir"

Xətai rayonunun Əhmədli qəsəbəsi son illər sözün əsl mənasında özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Dünən Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəliyinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağındakı çıxışlarda səsləndirilən fikirlər də bunu təsdiqləyirdi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun iştirakı ilə keçirilən yığıncağı Əhmədli qəsəbə nümayəndəsi Füzuli Ələsgərov açaraq bildirdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafının uğurları bu gün bütün regionlarda özünü parlaq şəkildə göstərəməkdədir. Etiraf etmək lazımdır ki, iqtisadiyyatda əldə olunan nailiyyətlər, görülən işlər paytaxt Bakıda və onun ətraf qəsəbələrində daha tez və qabarıq görünür. Paytaxtın Əhmədli qəsəbəsinin bu günkü siması və burada yaşayan insanların həyat və məişət şəraiti də buna canlı nümunədir.
Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə başlanandan sonra Əhmədli qəsəbəsində küçə və yolların asfaltlaşdırılması, məhəllələrin işıqlandırılması, sosial obyektlərin təmiri, yeni poliklinika binasının tikintisi, məktəbin təmiri və əlavə korpusun tikintisi, həmçinin digər layihələrin reallaşdırılması vaxtı ilə geridə qalmış bir kəndi xatırladan qəsəbənin simasını büsbütün dəyişmişdir.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov görülən işləri qənaətbəxş qiymətləndirərək bildirdi ki, qazanılan uğurların təməlində, şübhəsiz, Prezident cənab İlham Əliyevin uzaqgörən sosial-iqtisadi inkişaf strategiyası dayanır. Məhz bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan son 8 ildə bütövlükdə Qafqaz regionunun lider dövlətinə, dünyanın tərəqqi edən sivil bir ölkəsinə çevrilmişdir.
Natiq Prezident İlham Əliyevin ötən il aprelin 1-də Əhmədli qəsəbəsinə tarixi gəlişini xatırladaraq qeyd etdi ki, dövlət başçısının şəxsən özünün qəsəbəyə gəlib Dövlət Proqramının icra vəziyyəti ilə tanış olması, sakinlərlə görüşməsi, onların xahişini nəzərə alaraq qəsəbədə müasir xəstəxana - poliklinika binasının və kitabxananın tikinitisinə qərar verməsi, qəsəbənin sosial-məişət problemlərinin həlli üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verməsi bizi daha böyük səylə işləməyə sövq edir.
İcra başçısı son bir ildə qəsəbənin enerji daşıyıcıları ilə təchiz edilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi , əhaliyə verilən enerji daşıyıcılarının haqqının ödənilməsi, təhsil və səhiyyə xildməti sahələrindəki vəziyyətə münasibətini bildirmiş, mövcud problem və çətinliklərin qısa vaxtda aradan qaldırılması üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.
İclasda Əhmədli qəsəbə sakinləri adından çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Qurban Əlizadə icra hakimiyyətinin başçısından xahiş etdi ki, qəsəbənin adını göstərən giriş lövhəsi dəyişdirilərək müasirləşdirilsin, buradakı inkişaf və tərəqqiyə uyğunlaşdırılsın. R.Məmmədov iclasda iştirak edən Xətai rayonunun müvafiq qurumlarına qəsəbə sakinlərinin bu istəyini nəzərə alıb, müvafiq eskiz hazırlanmasını və onun təsdiqindən sonra tikintisinə başlamasını tapşırdı.
Sonra iclasda iştirak edən qəsəbə sakinlərinin arzu və istəkləri dinlənilərək sorğularına cavab verildi.

{nl}

İ.RÜSTƏMOV, R.SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında