Bibiheybət - paytaxtın giriş qapısı

Səbail Rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2011-ci ilin yekunlarına həsr olunmuş yığıncağı keçirilmişdir. Toplantıda keçən il qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. 
Hesabat məruzəsi ilə çıxış edən Səbail RİH Başçısının qəsəbə nümayəndəsi Anar Həsənli bildirmişdir ki, hazırda Bibiheybətdə 2200 nəfər əhali yaşayır, ərazidə 365 nəfər məcburi köçkün məskunlaşmışdır. 2011-ci ildə qəsəbə nümayəndəliyinin təşkilatçılığı ilə "Şahinbağ" yaşayış sahəsində 500 kvadratmetr və Salyan şossesi - 12 ünvanda 500 kvadratmetr sahəyə asfalt salınmışdır. Salyan şossesi - 32 ünvanda 500 metr yeni kanalizasiya xətti, qəsəbə ərazisində yeni su xətləri çəkilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısının qəsəbədə keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq Salyan şossesi - 32 ünvanda piyadalar üçün keçid tikilib istifadəyə verilmişdir. Hazırda həmin yaşayış sahəsində yeni xeyir-şər evi və tibb məntəqəsi tikilir. Səbail Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına qəsəbədəki xeyir-şər evi təmir olunmuşdur. İkinci Dünya müharibəsində həlak olmuş qəsəbə sakinlərinin şərəfinə ucaldılmış abidə kompleksində cari təmir aparılmışdır. Muxtarov yaşayış sahəsindən "Dostluq parkı"na kimi ərazidə yol boyu bütün hasarlar təmir olunmuş və rənglənmişdir. Qəsəbənin dənizkənarı hissəsinə narın qum yayılmış, çimərlik abadlaşdırılmışdır. Qəsəbədə kabelləşdirmə işləri başa çatdırılmış, abonentlər tam sayğaclaşdırılmış, yeni transformator quraşdırılmışdır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bibiheybət qəsəbəsində qaz, elektrik enerjisi, su təchizatı, kanalizasiya, rabitə, informasiya, yol təsərrüfatı, təhsil və mədəniyyət sahələri üzrə 14 bəndlik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ötən il iməcliklər zamanı qəsəbə ərazisində 3000 ədəd, Bibiheybət məscidi ərazisində isə 500 ədəd yeni ağaclar əkilmiş, onlara qulluq edilməsi və suvarılması təşkil olunmuşdur. Qurban, Ramazan və Novruz bayramlarında Səbail Rayon İcra Hakimiyyəti və Bibiheybət məscidinin imkanları hesabına qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız ailələrə ərzaq bağlamaları və qurban əti paylanmışdır. Ramazan bayramında qəsəbədəki xeyir-şər evində RİH tərəfindən 120 nəfərə iftar süfrəsi təşkil olunmuşdur. Qəsəbə ağsaqqalı Ağasəf Dadaşov RİH-nin maliyyə dəstəyi ilə həcc ziyarətinə göndərilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov yığıncaqda çıxış edərək Prezident İlham Əliyevin Bakı şəhərinin qəsəbələrinə göstərdiyi diqqət və qayğıdan, Bibiheybət qəsəbəsində görülməli olan işlərdən danışmışdır. Başçı 2011-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə də məlumat vermişdir. O, bidirmişdir ki, bu il də məhəllələr abadlaşdırılacaqdır. Qəsəbədaxili yollar, 50 saylı orta məktəb və kitabxana əsaslı təmir olunacaq, su və kanalizasiya sistemi yenidən qurulacaqdır.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında