ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Predreyk Mörfi "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi vəziyyət, Ermənistanın işğalı nəticəsində azərbaycanlıların doğma yurd-yuvalarından qovulması, problemin bölgənin inkişafına mənfi təsiri ilə bağlı Predreyk Mörfiyə məlumat verilmişdir.
Nümayəndənin diqqətinə çatdırılmışdır ki, bölgənin azərbaycanlı icması münaqişənin sülh yollu ilə həllinin tərəfdarıdır və tezliklə öz yurdlarına qayıtmaq istəyindədirlər.
P.Mörfi isə münaqişənin həllində təmsil etdiyi qurumun göstərdiyi səylər, o cümlədən qarşıya çıxan problemlərə dair fikirlərini qeyd etmiş və hər iki icmanın yaxınlaşması ilə bağlı təkliflərini diqqətə çatdırmışdır. O, hər iki tərəfin münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün sona qədər səylərini əsirgəməyəcəklərindən ümidvar olduğunu bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında