Dahi şəxsiyyət Heydər Əliyev siyasi fəaliyyətində ədaləti həmişə əsas prinsip kimi rəhbər tuturdu

Heydər Əliyev ölkədə baş verənlər haqqında məlumatları yalnız qəzet və televiziyadan almırdı. O çox gözəl bilirdi ki, SSRİ-də fəaliyyət göstərən mətbuat və televiziya hər şeyi obyektiv işıqlandırmır.
Bu sözləri AzərTAc-a Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gəlmiş keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Heydər Əliyevin köməkçisi (1982-1987-ci illərdə) Yuri Soloduxin demişdir.
Y.Soloduxin qeyd etmişdir ki, onun funksiyasına hər səhər yerli və xarici mətbuatın yazdıqları barədə Heydər Əliyevə məruzə hazırlamaq da daxil idi. Məruzəni dinlədikdən sonra Heydər Əliyev köməkçilərini mağazalara, restoranlara, bir sözlə insanların çox toplaşdığı iaşə obyektlərinə göndərərək onlardan obyektiv məlumatlar alırdı. Mağazalarda uzun növbələr yarananda o dərhal bunun səbəbini öyrənərək təcili tədbirlər görürdü. Onu ən çox düşündürən məsələ əhalinin yaşayış səviyyəsi idi. Heydər Əliyev kanyuktura naminə heç nə etməzdi. Kremlin digər rəhbər işçilərindən fərqli olaraq Heydər Əliyev hər axşam "Vremya" xəbərlər proqramına baxmamış evə getməzdi. Əgər xəbərlərdə tənqidi material göstərilirdisə onu qeyd edirdi və səhər işə gələn kimi bu problemin aradan qaldırılması ilə məşğul olurdu.
Y.Soloduxin vurğulamışdır ki, Heydər Əliyev rəhbərlik etdiyi sahələrin işini incəliklərinə qədər dərindən bilirdi. Ona görə də səhiyyə, mədəniyyət və başqa sahələrin rəhbərləri ona balaca bir rəqəmi də yalan deyə bilməzdilər. Ona təqdim etdiyimiz hesabatların hamısını demək olar ki, əzbər bilirdi. Heydər Əliyev özünün siyasi fəaliyyətində ədaləti həmişə əsas prinsip kimi rəhbər tuturdu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında