Bakıətrafı qəsəbələrin içməli su təchizatı sistemləri yenidən qurulur

Son zamanlar Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində geniş tədbirlər həyata keçirilir.
Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyevin ötən il may ayının 4-də təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda paytaxtda və ətraf qəsəbələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuşdur.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu günlərdə Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə yeni layihənin icrasına başlanılmışdır. Məhəmmədi qəsəbəsini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün burada hər birinin tutumu 2500 kubmetr olan 2 su anbarı tikilir. Layihəyə əsasən anbarlardan qəsəbəyə özüaxımlı rejimdə olmaqla saniyədə 32 litr su ötürüləcək. Anbarların inşası ilə yanaşı, qəsəbədə 3300 metr uzunluğunda magistral və 66500 metr uzunluğunda şəbəkədaxili su xətləri çəkiləcək. Bundan əlavə, qəsəbənin kanalizasiya sistemini yenidən qurmaq məqsədilə 66500 metr uzunluğunda kanalizasiya xətti çəkilərək yeni tikiləcək kollektora birləşdiriləcək. Bütövlükdə isə cari ilin birinci rübündə şəbəkənin yenidən qurulmasına başlanacaq və 2013-cü ildən etibarən Məhəmmədi qəsəbəsi içməli su ilə tam təmin olunacaq.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında