Azərbaycan və Böyük Britaniyanın təhsil müəssisələri arasında diplomların verilməsi ilə bağlı razılıq əldə olunmuşdur

Bakı Ali Neft Məktəbi məzunlarına iki diplom verilməsi haqqında Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə razılıq əldə olunmuşdur.
Şirkətin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Edinburq şəhərindəki Heriot Vatt və Aberdin şəhərindəki Robert Qordon universitetləri ilə əməkdaşlıq əlaqələri qurmaq üçün Şotlandiyaya səfər etmişdir.
Nümayəndə heyətinin tərkibində ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Elmar Qasımov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov, memar Cəlil Hüseynov və şirkətin Londondakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təmsil olunmuşlar.
Heriot Vatt Universitetinin rəsmiləri ilə görüşlərin nəticəsində yeni yaradılmış Bakı Ali Neft Məktəbində "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlığı proqramlarının birgə yaradılması, tətbiqi, ingilis dilində tədrisin təşkili və məzunlara iki diplomun verilməsi istiqamətlərində birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
Robert Qordon universitetinin rəhbərliyi ilə aparılmış müzakirələr nəticəsində gələcək birgə əməkdaşlığın istiqamətləri müəyyənləşdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında