Dahi şəxsiyyət Heydər Əliyev siyasəti bundan sonra da Azərbaycana böyük uğurlar qazandıracaqdır

Bakıda böyük dəyişikliklər baş vermişdir. Şəhər çox gözəlləşib, böyüyüb. Burada inşa edilən binaların arxitekturası diqqəti cəlb edir. 
Bu sözləri Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya səfərə gəlmiş keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin sosial məsələlər üzrə köməkçisi Eduard Proxorenko demişdir.
Qonaq bildirmişdir ki, Azərbaycan onun üçün yad ölkə deyildir. Ona görə ki, bu torpağın yetişdirdiyi dahi şəxsiyyət Heydər Əliyev ilə bir yerdə işləmiş və azərbaycanlıların necə nəcib xüsusiyyətlərə malik olduqlarını yaxşı bilir.
Azərbaycanda həyata keçirilən islahatları yaxından izlədiyini qeyd edən E.Proxorenko demişdir: "Azərbaycan keçmiş SSRİ respublikaları arasında yeganə dövlətdir ki, təcavüzə məruz qalmasına baxmayaraq sürətlə inkişaf edir. Bakının gözəlləşməsi bütün ölkənin yenidən qurulmasının göstəricisidir. Bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Dahi şəxsiyyət Heydər Əliyevin həmişə qurub, yaratmaq istəyində olduğunu mən çox yaxşı bilirəm. Heydər Əliyev siyasəti bundan sonra da Azərbaycana böyük uğurlar qazandıracaqdır".
E.Proxorenko demişdir ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır. Ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də bunun bariz nümunəsidir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında