"Öz məşəlini alovlandır!"

Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı görülən işlər yüksək qiymətləndirilmişdir

{nl}

Yanvarın 26-da Bakı Biznes Mərkəzində "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Mərkəzin foyesində müsabiqə ilə bağlı Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgi açılmışdır.
Konfransda "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker, "eurovision.tv"nin direktoru Yorqan Frank, "Eurovision-2012" mahnı müsabiqəsi işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak etmişlər.
Tədbirdə "Eurovision-2012" mahnı müsabiqəsinin loqosuna dair videoçarx nümayiş olunmuşdur. Həmçinin eurovision.az saytı təqdim edilmişdir. Saytda "Eurovision" mahnı müsabiqəsinin tarixinə və Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012"yə hazırlıqlara dair geniş məlumatlar yerləşdirilmişdir.
Mətbuat konfransı iştirakçılarını salamlayan Yan Ola Sand tədbiri işıqlandıran jurnalistlərin sayının çox olmasından məmnunluğunu ifadə etmişdir. Bu, bizim "Eurovision-2012"nin ev sahibi olan Azərbaycanda keçirdiyimiz ilk mətbuat konfransıdır. Azərbaycan bu müsabiqədə qalib gəldikdən dərhal sonra hazırlıqlara başladıq. Bu cur müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Lakin çox peşəkar komandamızın səyi nəticəsində müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirmişik. Bununla belə, müsabiqə ilə bağlı görüləcək işlərimiz də çoxdur.
"Eurovision" müsabiqəsinin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker bildirmişdir ki, ötən gün Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmişdir. Bu möhtəşəm tədbiri 10 minlərlə insan canlı olaraq izləmişdir. Ötən gün həqiqətən fantastik bir şou izlədik. Azərbaycana bu müsabiqədə uğurlar arzulayırıq.
Bu gündən sonra belə görüşlərin daha tez-tez təşkil ediləcəyini söyləyən "Eurovision-2012" mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli bildirmişdir ki, qısa müddətdə müsabiqənin Təşkilat Komitəsi və işçi qrupu yarışmaya hazırlıqla bağlı çox böyük işlər görmüşdür. Avropa Yayımları Birliyi bu günədək olan hazırlıq mərhələsini yüksək dəyərləndirir. Sevindirici haldır ki, bir çox işləri nəzərdə tutduğumuz müddətdən tez həyata keçirə bilmişik. Hamının səbirsizliklə gözlədiyi təntənəli şounu musiqisevərlərə təqdim edəcəyik. Bu şou ilə bağlı artıq tərəfdaşlar seçilmişdir. Əminəm ki, təqdim edəcəyimiz şou 150 milyon izləyicinin xoşuna gələcəkdir.
Mətbuat konfransında çıxış edən "eurovision.tv"nin direktoru Yorqan Frank da müsabiqəyə hazırlıqla bağlı görülən işləri yüksək qiymətləndirmiş və bu işdə bütün təşkilatçılara uğurlar arzulamışdır.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında