İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı məhkəmənin ilkin qərarına münasibət bildirmişdir

İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Nikolas Bratza Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransına "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Laçın rayonundan olan azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı məhkəmənin ilkin qərarına münasibət bildirərkən demişdir:
Yanvarın 8-də Yuxarı Palata Azərbaycan vətəndaşlarının şikayətini nəzərdən keçirmiş və bu şikayətin qəbul olunmasına dair qərar vermişdir. Azərbaycandan gəlmiş digər şikayətlər kimi, bu işə də məzmununa görə qərar verəcəyik. Amma yekun qərarın nə vaxt veriləcəyini indidən deyə bilmərəm. Əlbəttə ki, bu məsələ siyasi və çox həssas məsələdir. Amma bizim məhkəmənin bu sahədə artıq təcrübəsi var".
Xatırladaq ki, yanvarın əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanmışdır. Böyük Palata bu şikayəti qəbuledilən hesab edərək, işi məhkəmənin icraatına götürmüşdür. Məhkəmə bundan sonra bu iş barədə hökm verəcəkdir.
Laçın rayonundan olan 6 məcburi köçkün - Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin və Elxan Çıraqov qardaşları işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişlər.
Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar, həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsi tələbini də irəli sürmüşlər. Onlar Avropa Məhkəməsinə göndərdikləri şikayət ərizəsində 1992-ci il mayın 17-də zorla evlərindən çıxarıldıqlarını, mülkiyyətlərinin ermənilər tərəfindən mənimsənildiyini bildirmiş, onlara dəymiş zərərin kompensasiya edilərək ödənilməsini tələb etmişlər.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında