Azərbaycan Parlament Jurnalistlər Birliyi Fransa jurnalistlərinə müraciət etmişdir

Azərbaycan Parlament Jurnalistlər Birliyi Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbuluna etiraz əlaməti olaraq Fransa jurnalistlərinə müraciət etmişdir.
Məqsəd Prezident Nikola Sarkozi tərəfindən söz və ifadə azadlığına qarşı olan qanunun imzalamasının qarşısını almaq üçün bu ölkədə fəaliyyət göstərən jurnalist birliklərinin və ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələrinin həmrəyliyinə nail olmaqdır.
Birliyin rəhbəri Elşad Eyvazlı bildirmişdir ki, senatda qəbul olunan bu qanun ilk növbədə Fransa vətəndaşlarının fikirlərini sərbəst ifadə etmək azadlığına qarşıdır. Senatda və Fransa cəmiyyətində qondarma "erməni soyqırımı" ilə bağlı gündəmə gələn bu məsələnin kifayət qədər əleyhdarları vardır.
Eyni zamanda, Fransa indiyədək dünyanın demokratik, söz azadlığına məhdudiyyətlərin mövcud olmadığı ölkə kimi tanınmışdır. Deməli, Senatda qəbul olunan bu qanun ilk növbədə Fransada söz azadlığını məhdudlaşdıracaqdır. Söz azadlığı isə heç də bir ölkənin daxili işi deyildir. Ona görə də, jurnalistlər bu məsələdə də həmrəylik nümayiş etdirməli, qanunun imzalanmasına qarşı çıxış etməlidirlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında