Korrupsiyaya Qarşı Mübarizə İdarəsində "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.  
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, iş üzrə şirkətin vəzifəli şəxsləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov Qerman İsmayıl oğlu, Nağıyev Rüfət Qarabala oğlu və Əliyev Süleyman Adil oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın hazırkı mərhələsində təqsirləndirilən şəxslər tərəfindən tikintisi başa çatdırılmamış binada 96 mənzilin ümumilikdə təxminən 300 vətəndaşa təkrar satılması, mənzil satışından əldə olunmuş 4.623.331 manat məbləğində pulun isə dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən olunmuşdur. Binanın tikintisini hazırda davam etdirən "Şaiq" MTK şirkəti ilə təxminən 100-dək zərərçəkmiş şəxslə bağlanmış yeni müqavilələr əsasında sonuncuların pozulmuş hüquqları bərpa edilmişdir. Eyni zamanda, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi və gələcəkdə qanunla nəzərdə tutulmuş əmlak müsadirəsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilərək məhkəmə qərarı əsasında onların üzərinə həbs qoyulmuşdur. Həmçinin "Şaiq" MTK və "Orxan" MMC-nin fəaliyyətində vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılmasına dair məhkəmə qərarı icraya yönəldilmişdir.
Göstərilənlərlə yanaşı, cinayətin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq "Şaiq" MTK-nın satış üzrə meneceri Bağırov Elçin Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayətdə iştirakı ehtimal edilən şəxslərin və təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cari il yanvarın 24-də zərərçəkmiş şəxslərin bir qismi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək şikayət və müraciətləri dinlənilmiş, istintaqın gedişi və görülmüş işlər barədə onlara ətraflı məlumat verilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir və görülmüş tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında