Fransa Senatının ədalətsiz qərarı söz azadlığına qarşı yönəlmiş addımdır

Yanvarın 25-də Beynəlxalq Mətbuat Mərkəzində "Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul edilmiş qanuna QHT-lərin etirazı" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbiri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov açaraq Fransa Senatının demokratik dəyərlərə zidd olan bu qərarının ölkəmizin geniş ictimaiyyəti tərəfindən böyük etirazla qarşılandığını bildirmişdir.
Qeyd edilmişdir ki, heç bir məntiqə sığmayan belə bir qanunun qəbul edilməsi əslində insanların söz azadlığının boğulması, tarixi hadisələrin siyasiləşdirilməsi və Fransada yaşayan erməni lobbisinin təsiri ilə türk xalqlarına qarşı kin və nifrətin aşılanması kimi qiymətləndirilməlidir.
Belə bir qanun layihəsinin qəbulu uzun illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq vasitəçilərin atdıqları bütün müsbət addımların mahiyyətinə kölgə salmaqla, Dağlıq Qarabağ münaqişənin həllinə ciddi maneçilik törədə bilər. Qardaş Türkiyənin tarixi ilə bağlı bu qanunun qəbulu Azərbaycan-Fransa münasibətlərinə də birbaşa zərər verəcəkdir. Həmçinin, qanunun qəbulu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində Fransanın bitərəfliyinə şübhə yaratmaqla, bu ölkənin vasitəçilik missiyasına ciddi əngəl törədəcəkdir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni Senatın bu addımının gözlənilən olduğunu söyləmiş və bunu əsasən erməni lobbisinin səyləri və Fransada yaxınlaşan prezident seçkiləri ilə əlaqələndirmişdir. Vurğulamışdır ki, nəinki QHT-lər, bütövlükdə Azərbaycan cəmiyyəti bununla bağlı öz strategiyasını müəyyənləşdirməli, Fransa Senatında, beynəlxalq qurumlarda, bu ölkənin qeyri-hökumət təşkilatlarında, universitetlərdə və KİV-lərdə görüşlər keçirməli, məsələnin ciddiliyi qarşı tərəfə anladılmalıdır.
R.Zeyni əlavə etmişdir ki, əgər dünyada sülh və təhlükəsizliyə, əmin-amanlığa məsuliyyət daşıyan, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin parlamenti belə ədalətsizlik nümayiş etdirirsə, bu, insan hüquqları sahəsində fövqəladə vəziyyətin yaranması deməkdir. Baş vermiş hadisə həm də türk dünyası üçün bir sınaqdır, - deyən natiqin fikrincə, bu imtahandan layiqincə çıxmasaq, tarix bunu bizə bağışlamayacaqdır.
"Dəyirmi masa" iştirakçıları məsələ ilə əlaqədar bütün tədbirlərin görülməsinin zəruriliyini vurğulamış, mövzu ətrafında müzakirələr aparmışlar.
Sonda Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT-lərin adından bəyanat qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında