Konqresmen DƏN BOREN: Azərbaycan davamlı iqtisadi artımlı və inkişafda olan, demokratik islahatlar aparan uğurlu bir dövlətə çevrilmişdir

ABŞ Konqresinin daha bir üzvü "Qara Yanvar" hadisələrinin 22-ci ildönümü ilə bağlı bəyanat vermişdir. Nümayəndələr Palatasında Azərbaycan məsələləri üzrə işçi qrupunun həmsədri Dən Boren Konqresdəki çıxışında bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu Azərbaycanın paytaxtı Bakını və ətraf əraziləri işğal etmişdir.
Bu zorakı basqın nəticəsində 130-dan çox günahsız insan həlak olmuş, neçə-neçə insan yaralanmış, itkin düşmüşdür. Bu hadisə tarixdə və bütün dünyada yaddaşlarda "Qara Yanvar" kimi qalmışdır. Oklahomalı konqresmen demişdir ki, hücum Azərbaycanda artan müstəqillik hərəkatının qarşısının alınması, Kommunist Partiyasının totalitar hakimiyyəti və bütün Sovet İttifaqının xilas edilməsi cəhdi idi. Lakin, bu işğal əks nəticə vermişdir. Qanlı hadisələr tək Azərbaycanda deyil, Sovet İttifaqının digər respublikalarında da müstəqillik hərəkatını daha çox alovlandırmışdır. Azərbaycanın tarix səhifələrini vərəqləyən konqresmen daha sonra bildirmişdir ki, 1990-cı il yanvarın 22-də Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti qəbul etdiyi qətnamə ilə SSRİ Ali Soveti Prezidiumu tərəfindən Bakıda fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanı və qoşun yeridilməsini işğal aktı kimi müəyyənləşdirmişdir. Bu hadisələr Azərbaycan Respublikasının yenidən doğulması kimi qiymətləndirilir. İctimai təzyiq ölkəni sovet hakimiyyətindən ayrılmağa və müstəqillik bəyan etməyə vadar etmişdir. 1991-ci il avqustun 31-də Azərbaycan Parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsi barədə bəyannamə qəbul etmiş və oktyabrın 18-də Konstitusiya aktını təsdiqləmişdir. 1991-ci ilin noyabrından başlayaraq beynəlxalq icma Azərbaycanın müstəqilliyini tanımağa başlamışdır.
Konqresmen D.Boren vurğulamışdır ki, Birləşmiş Ştatlar bu gənc dövlətin suverenliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. ABŞ Azərbaycan ilə ilk diplomatik münasibətlərini 1992-ci ilin fevralın 28-də qurmuşdur və həmin ilin mart ayında Bakıda səfirliyini açmışdır.
Bu gün Azərbaycan davamlı iqtisadi artımlı və inkişafda olan demokratik islahatlar aparan uğurlu bir dövlətə çevrilmişdir. Dən Boren çıxışını "Mən, bütün həmkarlarımı azərbaycanlılara qoşularaq 20 Yanvar faciəsini anmağa çağırıram" deyərək yekunlaşdırmışdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında