Elnur ASLANOV: Fransa Senatının qərarını qətiyyətlə pisləyirik

Azərbaycan Fransa Senatının qərarını qətiyyətlə pisləyir. Bu sözləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov yanvarın 25-də Bakıda "Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə uğurlar və imkanlar" adlı məqalələr toplusunun təqdimat mərasimində Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi məsələsini jurnalistlərə şərh edərkən demişdir.
E.Aslanov vurğulamışdır ki, Azərbaycan rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi məlumdur. Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi adından bəyanat səsləndirilmişdir. Yaxşı olardı ki, Fransa 100 il bundan əvvəl olmuş və sübuta yetirilməmiş hadisəni mühakimə etmək əvəzinə, 20 il bundan əvvəl baş vermiş Xocalı soyqırımına qiymət versin. Əgər fransız senatorlar belə həqiqət carçısıdırlarsa, Xocalı soyqırımına da qiymət verməlidirlər.
Fransa Senatının qəbul etdiyi qərarın tədqiqat və söz azadlığına zərbə olduğunu deyən Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, tədqiqat aparmaq istəyənlər nə edəcəklər. Bu qanun onların azadlığını əllərindən alır. Bu baxımdan Fransa Senatının qərarını pisləyirik, əsassız hesab edirik. Ümid edirik ki, Fransa rəhbərliyi daha konstruktiv və rasional mövqedən çıxış edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında