Azərbaycan sinoptikləri havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq edirlər

Azərbaycan sinoptikləri ölkə ərazisində havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq yaymışlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 25-i axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü küləkli və soyuq keçəcəyi gözlənilir.
Bu müddətdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Yanvarın 27-si və 28-də bəzi ərazilərdə qarın intensivləşəcəyi ehtimalı var.
Yanvarın 26-sı və 27-də havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Yanvarın 28-də havanın temperaturu bir qədər də aşağı enəcək.
Saniyədə 10-15 metr sürətlə şimal-qərb küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 20-25 metrədək güclənəcək.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 27-si və 28-də yarımadanın bəzi yerlərində yollar buz bağlayacaq.
Qeyri-sabit hava şəraiti Azərbaycanın bölgələrində də müşahidə ediləcək.
Yanvarın 26-da Aran rayonlarında gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxta olacaq.
Yanvarın 27-si və 28-də Aran rayonlarında gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 3-8 dərəcə şaxta proqnozlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında