Dünyanın dilbər guşəsi - Ələsgərli

Şəmkir rayonunun ucqar dağ kəndlərindən biri olan Ələsgərli rayon mərkəzindən 30 kilometr uzaqlıqda yerləşir. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan, dağlar və meşələr qoynunda yerləşən bu kənd əsl cənnət məkanıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramı çərçivəsində bu dağ kəndi bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etmişdir. Kəndə asfalt yol çəkilmiş, 7 kilometr məsafədən bulaq suyu gətirilmişdir. İndi hər həyət bu su ilə təmin olunmuş, hər evə mavi qaz, daimi elektrik işığı çəkilmişdir. Kənddə 3 yeni transformator quraşdırılmışdır. Müasir tipli yeni məktəb binası, idman zalı, uşaq bağçası, mədəniyyət evi, kitabxana, xəstəxana, məscid binası tikilib əhalinin istifadəsinə verilmişdir. Kənd sakinləri əsasən heyvandarlıq, əkinçilik, quşçuluq, balıqçılıq və arıçılıqla məşğuldur.
Təhsil sahəsində də uğurlar var. Hər il ölkənin ali məktəblərinə xeyli məzun daxil olur. Kənddə aylıq hesabat toplantıları keçirilən ağsaqqallar birliyi də fəaliyyət göstərir. Bu yığıncaqlarda kənd ziyalıları, fəallar iştirak edir, rəy və təkliflərini bildirirlər.
Bu kənd balaca bir şəhəri xatırladır. İndi istirahət etmək üçün İsveçrəyə, Almaniyaya, Fransaya və digər Avropa şəhərlərinə getməyə gərək yoxdur. Bura əsil istirahət məkanıdır. Kəndin ətrafı meşəlikdir. Dağ çayı bəndlə kəsilmiş, süni göl yaradılmışdır. Burada balıqçılıq və üzgüçülüklə məşğul olurlar. Gölün kənarında turizmi inkişaf etdirmək məqsədilə otellər tikilir. Qonşu və uzaq ölkələrdən Ələsgərliyə turistlər gəlirlər. Buranı cənnət məkanı adlandırırlar. Yaşıllıqlar, park, fəvvarə, gecənin rəngbərəng işıqları bu kiçik "şəhərə" xüsusi gözəllik verir. Qışda burada ov edir, xizək yarışı təşkil edirlər.
Bütün bunlara isə dövlət başçısının xüsusi qayğısı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr nəticəsində nail olunmuşdur. Ələsgərlilər ölkə rəhbərinin siyasətini bəyənir, onu dəstəkləyirlər. Seçkilərdə hamı bir nəfər kimi iştirak edir, layiqli namizədə səs verirlər.
Bu möhtəşəm gözəlliyi görmək üçün hər kəsi Ələsgərliyə dəvət edirik.

{nl}

Xəyal Röya

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında