Azərbaycanlı deputat UNESCO-nun baş direktoru qarşısında Avropada ali təhsilin inkişaf perspektivləri ilə bağlı məsələ qaldırmışdır

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə UNESCO arasında daimi əlaqələr və əməkdaşlıq mövcud olsa da, ilk dəfədir ki, dünyanın baş mədəniyyət təşkilatının rəhbəri AŞPA-nın qonağıdır. 
Yanvarın 24-də AŞPA-nın qış sessiyasının ikinci iş günündə Parlament Assambleyasına gələn UNESCO-nun baş direktoru İrina Bokova Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin üzvləri ilə görüşmüşdür. İ.Bokova komitənin iclasında çıxış etmişdir. Sonra İ.Bokova ilə komitə üzvləri arasında müasir mədəniyyətin, təhsil proseslərinin, kütləvi informasiya vasitələrinin bir sıra aktual problemləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan nümayəndə heyətinin bu komitədəki üzvü Rafael Hüseynov Avropada ali təhsilin inkişaf perspektivləri ilə bağlı məsələ qaldırmışdır. Komitənin xətti ilə "Avropa ali təhsil məkanının coğrafi birliyi və beynəlxalq açıqlığı" mövzusunda məruzə hazırlayan R.Hüseynov diqqəti Avropada müştərək təhsil fəzasının yaradılmasında təməl sənədlərdən olan Lissabon Konvensiyasına yönəldərək İ.Bokovadan bu vacib sənədin icrasına nəzarət üçün Avropa Şurası və UNESCO-nun birgə monitorinqinin təşkil edilməsinə münasibətini soruşmuşdur. Diskussiya əsnasında UNESCO-nun baş direktoru R.Hüseynovun qaldırdığı məsələnin çox əhəmiyyətli olduğunu vurğulamışdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında