İrina BOKOVA: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviq olunmasında xüsusi rola malikdir

Azərbaycan mədəniyyətlərarası dialoqun təşviq olunmasında xüsusi rola və əhəmiyyətə malikdir. Bunu UNESKO-nun baş direktoru xanım İrina Bokova çərşənbə günü "Trend"ə eksklüziv açıqlamasında demişdir:
"Azərbaycan UNESKO-nun sıx əməkdaşlıq etdiyi bir ölkədir. Mədəniyyətlərarası dialoq sahəsində Azərbaycan beynəlxalq konfransların və digər mötəbər tədbirlərin keçirilməsi ilə bu dialoqun təşviq olunmasında çox önəmli rol oynayır.... UNESKO-nun xoşməramlı səfiri olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəniyyətlərarası dialoq, maddi və qeyri-maddi mədəni irsin qorunmasında fəal rol oynayır... Onunla müxtəlif fəaliyyət sahələrində sıx əməkdaşlıq münasibətlərimiz var. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda mədəniyyətlərarası dialoqa dair xüsusi əhəmiyyət kəsb edən tədbirlər keçirilib. İnanıram ki, gündən-günə qloballaşan dünyada daha çox ehtiyac duyulan mədəniyyətlərarası dialoqun təşviq olunması ilə qlobal çağırışlara uyğun cavablar tapa bilərik. İ.Bokovanın sözlərinə görə, UNESKO-nun Azərbaycanla birgə həyata keçirəcəyi çoxlu layihə və ideyalar var.
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Hazırda 193 dövlət UNESKO-nun üzvüdür.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası 1992-ci il iyulun 3-də həmin təşkilata daxil olmuşdur.
2005-ci il sentyabrın 15-də tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Hazırda Komissiyanın sədri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovdur.
Azərbaycan Respublikası UNESKO-nun bir sıra Konvensiyalarına qoşulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında