Professor Bertran MATE: Senatın qəbul etdiyi qanun Fransa Konstitusiyasına ziddir Senatın "erməni soyqırımı"nı tanımayanları cinayət məsuliyyətinə cəlb etmək haqqında qəbul etdiyi qanun Fransa Konstitusiyasına ziddir.

Senatın qəbul etdiyi qanun Fransa Konstitusiyasına ziddir
Senatın "erməni soyqırımı"nı tanımayanları cinayət məsuliyyətinə cəlb etmək haqqında qəbul etdiyi qanun Fransa Konstitusiyasına ziddir.
Bu fikirləri Fransada nəşr olunan nüfuzlu "Liberation" qəzetində geniş məqalə ilə çıxış edən hüquq professorları Bertran Mate və Anna Levada bildirmişlər.
Hər iki professor hesab edir ki, ilk növbədə bu qanun söz, fikir və elmi-tədqiqat aparmaq azadlığını məhdudlaşdırır. Hər hansı bir tarixi hadisənin cinayət olmasını təsdiq edən sənədin senatda qəbul edilməsi qanun statusu daşıya bilməz. Bununla yanaşı, qanunun qəbul edilməsi Avropanın siyasi sisteminə zidd olaraq hakimiyyət bölgüsü prinsipini də pozmuşdur. Çünki soyqırımı və yaxud digər bənzər hərəkətlərin cinayət olması və buna görə cəza verilməsi yalnız məhkəmənin səlahiyyətlərinə daxil olan məsələlərdir. Konkret məsələdə məhkəmə də araşdırma aparmaq imkanında deyil. Çünki hadisənin iştirakçıları və şahidləri çoxdan ölmüşlər. Professorların fikrincə, Fransa qanunvericiliyi soyqırımı, irqçiliyi və digər bu kimi halları cinayət hesab edir. Odur ki, bu qanunu qəbul edib əlavə problemlər yaratmağa heç bir ehtiyac yox idi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında