FHN ilə ATƏT arasında əməkdaşlıq müzakirə olunmuşdur

Yanvarın 25-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ilə görüşmüşdür.  
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, K.Heydərov nazirliyin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığı barədə ətraflı məlumat vermiş, FHN və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən razılığını bildirmiş, neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Koray Tarqay hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından istifadə olunmasının zəruriliyini qeyd etmişdir.
Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında