Gənclər Fransa QHT-ləri ilə əməkdaşlıqdan imtina etmişlər

Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı olaraq Azərbaycanın Gənclər üçün Təhsil Mərkəzi özünəməxsus addım atmışdır.
Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib. Mərkəz bir neçə il bundan öncə əməkdaşlığa başladığı 3 QHT ilə əməkdaşlığa rəsmi şəkildə son verib. Məsələ ilə əlaqədar olaraq qarşı tərəfə əməkdaşlığın dayandırılması ilə bağlı rəsmi məlumat verilib və bildirilib ki, sözügedən qanunun mövcud olduğu ölkə ilə heç bir gənclər mübadiləsi aparıla bilməz: "Belə bir qanun insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə yaddır. Bu baxımdan hər il mərkəzin müxtəlif proqramları vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün yollanan yüzlərlə gənci təhlükə altına ata və onların Fransada söylədiyi tarixi həqiqətlərə görə hər hansı ədalətsiz və məntiqsiz qanun qarşısında cavabdeh olmasına göz yuma bilmərik". Qeyd edək ki, mərkəz digər Azərbaycan QHT-lərini də fransız təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında