Paytaxtda ağır qətl törətmiş şəxs tutulmuşdur

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmşlər ki, yanvarın 19-da saat 20:00 radələrində 1969-cu il təvəllüdlü Əliyev Şahin Qəzənfər oğlu Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi, 11 ünvanındakı yaşayış binasının yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla qeyri-rəsmi nikahda olduğu 1967-ci il təvəllüdlü Əsədova Aygün Qafar qızının bədən səthinin müxtəlif nahiyyələrinə qəsdən çoxsaylı kəsici-deşici xəsarətlər yetirmişdir.
Sonra o, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət edərək Aygün Əsədovanı xəstəxanaya yerləşdirmişdir. Lakin sonuncu aldığı xəsarətlərdən orada ölmüşdür.
Fakta görə həmin tarixdə Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında