"Eurovision-2012" müsabiqəsi üçün elan edilən foto-kastinq bəzi xarici KİV-lərdə işıqlandırılmışdır

"Eurovision" mahnı müsabiqəsinə çəkiləcək video-çarxlar üçün sadə vətəndaşlar arasında elan edilən foto-kastinq dünyanın bir sıra KİV-lərində geniş işıqlandırılmışdır.
İctimai Televiziyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, kastinqlə bağlı növbəti material "Eurovision" mahnı müsabiqəsinin rəsmi internet saytı olan və milyonlarla istifadəçinin izlədiyi eurovision.tv-də yerləşdirilmişdir.
Xəbərdə qeyd olunur ki, "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycan bu mötəbər yarışmaya ciddi hazırlaşır. Xəbər bölməsində kastinq zamanı çəkilən fotolar və İctimai Televiziyanın hazırladığı xüsusi reportaj yer almışdır.
Kastinqdə ümumilikdə 388 nəfər iştirak etmişdir. İşçi qrupunun seçimi əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaq.
Beynəlxalq KİV-də, həmçinin Təşkilat Komitəsi tərəfindən "Eurovision-2012" müsabiqəsinin Facebook səhifəsinin yaradılması barədə məlumat yer almışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında