Gəncəlilər Prezident İlham Əliyevin bu şəhərə səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri özlərinin fəaliyyət proqramı kimi qəbul etmişlər

Gəncə ictimaiyyəti Prezident İlham Əliyevin bu qədim şəhərə tarixi səfərini və keçirdiyi görüşlərdə verdiyi göstəriş və tövsiyələri özlərinin fəaliyyət proqramı kimi qəbul edirlər.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda bir daha bu barədə ətraflı fikir mübadiləsi aparılmış, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq bundan sonra görüləsi işlər təhlil edilmişdir.
Toplantıda Prezident İlham Əliyevin Gəncəyə tarixi səfərini əks etdirən videoçarxın nümayişindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək şəhərdə başlanan abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, Nizami yurdunda aparılan şəhərsalma və yenidənqurma işlərini yüksək dəyərləndirən Prezident İlham Əliyev, eyni zamanda, 2012-ci ildə şəhərdə görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini də vermişdir.
Gəncədə Heydər Əliyev və uşaq yaradıcılıq mərkəzlərinin inşa edildiyini, 8-ə yaxın orta məktəbin və iki uşaq bağçasının təmiri və yaxud yenidən inşa edilməsi ilə bağlı hazırlıq işləri görüldüyünü bildirən icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin göstərişi ilə yaxın vaxtlarda şəhərin səhiyyə ocaqlarında da bir sıra yenidənqurma işlərinə başlanacağını diqqətə çatdırmışdır.
Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri çıxış edərək qədim tarixə malik Gəncədə həyata keçirilən işləri yüksək qiymətləndirmişlər. Xüsusilə Gəncə çayının sahilində 2 kilometr uzunluğunda bulvar kompleksinin salınması dövlətimizin başçısının gəncəlilərə göstərdiyi qayğının əyani təzahürü kimi yüksək dəyərləndirilmişdir. Tədbir iştirakçıları bunun üçün xüsusi vəsaitin ayrılacağı barədə xəbəri razılıqla qarşılamışlar. Toplantı iştirakçıları Gəncəyə və gəncəlilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında