Şamaxıda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur

Məlum olduğu kimi, xalqımızın tarixinə qanla yazılmış 20 Yanvar faciəsindən iyirmi iki il keçir. Bu hadisələr həm də mübarizələrlə dolu tariximizə şərəfli gün, qəhrəmanlıq simvolu kimi daxil olmuşdur. 
1990 - cı il yanvarın 20-də keçmiş sovet imperiyası azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycanın üzərinə zirehli texnika yeritdi. Lakin böyük itkilərə baxmayaraq xalqımızı sındırmaq, onun əbədi və əzəli istiqlal istəyini məhv etmək mümkün olmadı.
20 Yanvar hadisələrinin iyirmi ikinci ildönümü ilə əlaqədar Şamaxı rayonunda da silsilə tədbirlər keçirilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunan tədbirlər planına əsasən bütün kənd və qəsəbələrdə, idarə və təşkilatlarda anım tədbirləri keçirilmiş, rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında abadlıq işləri aparılmış, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardım göstərilmiş, təhsil və mədəni-maarif müəssisələrində dəyirmi masalar, kitab sərgiləri, foto-montajlar təşkil edilmişdir. Keçirilən bütün tədbirlərdə bir daha rayon sakinlərinə, xüsusilə gənc nəslin nümayəndələrinə bu qanlı aksiyanın əsl mahiyyəti, xalqımızın başına gətirilən fəlakətlərin ciddi təzyiq və çətinliklərə baxmayaraq ulu öndərimiz Heydər Əliyev tərəfindən dünyaya çatdırilması barədə ətraflı məlumat verilmişdir.
Yanvarın 20-də ümumxalq hüzn günü respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da dərin ehtiram hissi ilə yad edilmişdir. Həmin gün rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov və digər rayon rəsmiləri, eləcə də bütün şamaxılılar axın-axın rayondakı Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının məzarları üstünə əklil və gül dəstələri qoymuş, xalqımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Həmçinin rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidlərinin evlərinə getmiş və faciənin ildönümü ilə bağlı təşkil olunan yas mərasimlərində iştirak etmişlər.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında