Ermənilər cəbhənin bir neçə istiqamətində atəşkəsi pozmuşlar

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 22-də saat 16:50-dən 17:00-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən, saat 16:30-dan 16:35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığındakı mövqelərdən, saat 16:40-dan 16:45-dək və 22:15-dən 22:20-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığındakı, saat 20:45-dən 20:55-dək, 23:45-dən 23:55-dək Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, erməni silahlı birləşmələri yanvarın 23-də saat 06:20-dən 06:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında