Azərbaycan orbitə üç peyk buraxacaq

Azərbaycanın ilk telekommunikasiya peyki (Azerspace-1) oktyabrda Kuru kosmodromuna çatdırılacaq, onun buraxılışının sonrakı üç ay ərzində (2012-ci ilin sonunadək) həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
İlk peykin 2012-ci ilin sonunda orbitə çıxarılacağı gözlənilir. "Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Ə.Abbasovun sözlərinə görə, hazırda ikinci peykin orbitə çıxarılması ilə bağlı tədqiqat işləri başa çatır. Onun 2015-ci ildə orbitə buraxılması nəzərdə tutulur. 2013-cü ildə Yer səthinin müşahidəsi üçün kiçik peykin də buraxılması planlaşdırılır. Peyklərin idarə edilməsi üzrə əsas və ehtiyat mərkəzlərin tikintisi ilə bağlı işlər avqustda başa çatacaq. Əsas idarəetmə mərkəzi Bakının Qaradağ rayonunun Güzdək qəsəbəsində, ehtiyat mərkəz isə Naxçıvan Muxtar Respublikasında yerləşəcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında