Moskvada Azərbaycan və Rusiya XİN rəhbərləri diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün daşınmaz əmlakın qarşılıqlı təqdim edilməsi haqqında Saziş imzalamışlar

AzərTAc RF XİN-in informasiya və mətbuat Departamentinə istinadla xəbər verir ki, Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov arasında işgüzar görüş olmuşdur.  
Söhbət zamanı ikitərəfli maraq doğuran bir sıra aktual məsələlər, habelə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemi ilə əlaqədar Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məsələsi müzakirə edilmişdir.
S.Lavrov və E.Məmmədyarov Rusiya Federasiyasının Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Azərbaycan Respublikasında Rusiya Federasiyasının və Rusiya Federasiyasında Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün daşınmaz əmlakın qarşılıqlı təqdim edilməsi haqqında Saziş imzalamışlar.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri  
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında