Los Angeles Times: "Fransa Senatı "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini rədd etməlidir

"Fransa Senatı söz azadlığı, tarixi araşdırma aparmaq sərbəstliyi və Fransanın 1789-cu ildə qəbul etdiyi insan və vətəndaş hüquqları Bəyannaməsinin 11-ci maddəsi naminə erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunu rədd etməlidir".
APA-nın məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan nüfuzlu "Los Angeles Times" qəzetində Fransa parlamentinə çıxarılmış "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə həsr olunmuş məqalədə deyilir.
Məqalə müəllifi Timoti Garton Eş məlum təşəbbüsün fundamental insan haqları ilə daban-dabana ziddiyyət təşkil etdiyini qeyd etmişdir: "Sual sadədir: Fransa və ya digər ölkə qanunvericiliyinə görə həmin dəhşətli olaylara beynəlxalq hüquqda istifadə edilən soyqırımı termininin şamil edilib-edilməməsinə dair mübahisə etmək cinayət sayılmalıdırmı? Və ya Fransa parlamenti dünya tarixinə dair tribunal rolunu oynamaq və digər xalqların keçmişinə dair hökm vermək hüququna malikdirmi? Cavab birmənalıdır: yox və bir daha yox".
Mövcud təşəbbüsün Fransada yaxın zamanlarda baş tutacaq seçkilərlə birbaşa bağlı olduğu qənaətinə gələn müəllif ötən zamanlarda baş verənlərdən indi siyasi məqsədlər üçün istifadə edildiyini yazır. Müəllifə görə, sərbəst tarixi debatların mövzusu olmalı bir hadisə siyasi manipulyasiya mövzusuna çevrilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında