20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib. Xalqımızın qürur mənbəyinə çevrilmiş 20 Yanvar şəhidlərinin xatirəsi dərin hörmət hissi ilə yad edilib.
Dövlət Sərhəd Xidmətinin aparatında qanlı 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, sovet qoşunlarının Bakıda və respublikamızın digər şəhər və bölgələrində törətdikləri vəhşiliklər, faciənin səbəb və nəticələri haqqında danışmışlar.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən aldığımız məlumata görə, tədbirdə qeyd olunmuşdur ki, respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz səsini ucaldan, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mübarizə Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin keçirdiyi bu terror aktını xalqımız təkcə hüzn hissi ilə deyil, həm də böyük fəxarət hissi ilə qeyd edir.
Mərasimdə xüsusi olaraq vurğulanmışdır ki, o qanlı hadisəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirmiş və hadisəyə siyasi qiymət vermişdir. Bu qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə olmuşdur.
Tədbirin sonunda "Qanlı yanvara aparan yol" adlı film nümayiş etdirilmiş və 20 Yanvar faciəsi ilə əlaqədar təşkil edilmiş sərgiyə baxış keçirilmişdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında