20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fondunda 20 Yanvar faciəsinin 22-ci ildönümündə həmin günün qurbanları anılmışdır. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov çıxış edərək bildirmişdir ki, 20 Yanvar hadisələrini Azərbaycan xalqının təkcə faciə günü kimi yox, həm də tariximizin qanla yazılmış şərəfli qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin yüksəliş zirvəsi kimi xatırlamaq lazımdır. 
O, 22 il bundan öncə baş verən tarixi prosesləri yada salaraq dedi ki, Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək sovet hakimiyyətinin bu əməlinə etirazını bildirən ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildiyi, eyni zamanda faciənin günahkarlarının adlarının açıq şəkildə göstərildiyi bir daha xatırlandı.
S. Müslümov 20 Yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğuladı. "Ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, "20 Yanvar Şəhidi" fəxri adı təsis edilmiş və bu faciənin qurbanlarının sosial müdafiəsi xususi nəzarətə götürülmüş, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilmişdir. Ulu öndər vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakıda xatirə kompleksinin yaradılmasının da təşəbbüskarı olmuş, bu işin sürətlə həyata keçirilməsi üçün əməli tədbirlər həyata keçirilmişdir".
Tədbirdə bildirildi ki, bu istiqamətdə dövlət siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir və son illər bu yönümdə həyata keçirilən ardıcıl tədbirlərin sayı daha da artır. Hər il şəhidlərin ildönümü günlərində Azərbaycan xalqı ilə birlikdə ölkə rəhbərinin özünün də Şəhidlər Xiyabanında faciə qurbanlarının məzarlarını, onlara ucaldılan abidə-kompleksləri ziyarət etməsi torpaq uğrunda canlarından keçən vətən oğullarının ruhuna sonsuz hörmətdən irəli gəlir. Bundan başqa möhtərəm Prezidentimiz tərəfindən şəhid ailələrinə verilən müavinətlərin artırılması, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, övladlarına müəyyən imtiyazların verilməsi dövlət başçımızın bu ailələrə xüsusi diqqət və qayğısının bariz sübutu və şəhid ailələrinə böyük təsəllidir.
Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqilliyi uğrunda şəhidlik zirvəsini fəth edənlər haqqında maraqlı fikirlər səsləndirdilər və xatirələrini bölüşdülər.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında